Rusiya ilk dəfə qitələrarası ballistik raketlə Ukraynaya zərbə endirdi

Noyabrın 21-də səhər saatlarında Dnepr şəhərinə hücum zamanı Rusiya ordusu potensial nüvə başlığı daşıyıcısı olan “Rubej” qitələrarası ballistik raketi ilə ilk zərbəni endirib.

Nov 21, 2024 - 16:07
Rusiya ilk dəfə qitələrarası ballistik raketlə Ukraynaya zərbə endirdi

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrindəki mənbə bildirib. 

“Noyabrın 21-də səhər saat 05.00-dan 07.00-a qədər rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə (müəssisələr və mühüm infrastruktur) hücum etdi”, - deyə mənbə əlavə edib.

Onun sözlərinə görə, qitələrarası ballistik raket Həştərxan vilayətindən buraxılıb. Hücum zamanı HHQ-nin zenit-raket qüvvələrinin bölmələri altı ədəd X-101 raketini məhv edib.

Bildirilib ki, ölən və yaralananlar barədə məlumat yoxdur.

HHQ media nümayəndələrini və blogerləri Ukrayna ordusunun işi barədə məlumatları məsuliyyətlə paylaşmağa çağırıb. 

Xatirə SADİQ