Mariya Zaxarova brifinq zamanı telefonla danışdı - "Alo, mən..." + VİDEO
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova noyabrın 21-də canlı efirdə keçirdiyi brifinq zamanı telefon zəngini qəbul etməli olub.
SAVASHMEDİA.az-ın məlumatına görə, bu, XİN nümayəndəsinin “News.ru” portalının əməkdaşına söz verməsi zamanı baş verib.
“Alo, salam, mən brifinqdəyəm”, - Zaxarova telefondakı həmsöhbətinə cavab verib.
Brifinq iştirakçıları bir neçə dəqiqə ərzində Zaxarovanın həmsöhbətini telefonda dinləməsini gözləməli olublar.
“BBC” xəbər verib ki, zəngin məzmunu mikrofonların işləməsi sayəsində məlum olub. Zaxarovaya zəng edən şəxs ona Ukraynaya qarşı qitələrarası ballistik raketin istifadəsi ilə bağlı xəbərləri şərh etməməyi deyib və bunu hamı eşidib.
Telefon zəngindən sonra Zaxarova heç nə izah etmədən brifinqi davam etdirib.
“RİA Novosti”yə açıqlamasında Zaxarova bildirib ki, bu vəziyyətdə heç bir intriqa yoxdur.
“Brifinqdən əvvəl internetdə ziddiyyətli materiallarla bağlı suallar var idi... Mən ekspertlərdən soruşdum ki, bu, bizim mövzumuzdurmu? Cavab brifinqin gedişində gəldi – XİN şərh etmir. Odur ki, heç bir intriqa yoxdur”.
Xatirə SADİQ
Xatirə SADİQ