"Qara Tofiq" vəfat etdi - DOSYE
Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri və Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, "Qara Tofiq" ləqəbi ilə tanınan Tofiq Hüseynov (Tofiq Hüseynli) vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, uzun illər yaşadığı İsveçrənin Bazel şəhərində dünyasını dəyişib. Sabiq dövlət xadimi son illər ağır xəstəlikdən əziyyət çəkirdi.
Tofiq Hüseynov 1992-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ildə isə Azərbaycanın kənd təsərrüfatı naziri təyin olunub. Həmin ilin iyununda Qərb bölgəsi üzrə Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsini icra edib.
1994-cü ildə həbs olunan Hüseynov 1995-ci ildə azadlığa buraxılıb. Sonrakı illərdə Müsavat Partiyasında fəaliyyət göstərən sabiq nazir təxminən 7–8 il əvvəl İsveçrəyə mühacirət etmiş və ömrünün son illərini Bazel şəhərində keçirmişdi.
Oğuz