“Müxalifət Bakıdakı məhbusları siyasi kapitala çevirməyə çalışır”    - Ruben Rubinyan

Ermənistan parlamentindən Azərbaycandakı erməni əsirlərlə bağlı bəyanat layihəsi fiaskoya uğrayıb

Nov 12, 2024 - 18:19
“Müxalifət Bakıdakı məhbusları siyasi kapitala çevirməyə çalışır”    - Ruben Rubinyan

Ermənistan parlamenti noyabrın 12-də keçirilən iclasında Milli Assambleyanın təcili müzakirələr çərçivəsində təqdim etdiyi “Azərbaycanda saxlanılan erməni hərbi əsirləri haqqında” bəyanat layihəsini qəbul etməyib. 

SAVASHMEDİA.az erməni KİV-nə istinadən xəbər verir ki, bəyanat layihəsini parlament müxalifəti hazırlayıb.

Müzakirələr zamanı Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyan parlamentin tribunasından deyib: “Müxalifət məhbuslar məsələsini siyasi kapitala çevirməyə çalışır”. 

Onun fikrincə, erməni hərbi əsirlərin qaytarılması parlamentin iclasından və təqdim olunan bəyanat layihəsindən deyil, ölkə hakimiyyətinin diplomatik işindən asılıdır. 

Parlamentdə çoxluğa malik “Vətəndaş müqaviləsi” hakim partiyasının parlament fraksiyası səsvermədə iştirak etməyib. Bununla da hakim partiya bəyanat layihəsinin səsverməsini uğursuzluğa düçar edib. 

Milli Assambleyanın bəyanat layihəsini müxalifətin cəmi 30 deputatı dəstəkləyib.

Xatirə SADİQ