Mansur Yavaş CHP-dən İSTEFA VERDİ - Bəyanatın MƏTNİ
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini bəyan edib.
SAVASHMEDIA.az xəbər verir ki, Yavaş bu barədə sosial media hesabında açıqlama yayıb.
“Mən CHP üzvlüyümdən ayrılıram. Siyasi yolumu müstəqil şəkildə davam etdirəcəyimi ictimaiyyətin diqqətinə çatdırıram”, - o bildirib.
Yavaşın qərarı son aylarda onun CHP-dən ayrılacağı və başqa siyasi xətt seçəcəyi ilə bağlı müzakirələrin fonunda baş verib. O, avqust ayında bu barədə yayılan iddialara cavab olaraq bildirmişdi ki, özü ilə bağlı hər hansı siyasi qərar olarsa, bunu ictimaiyyətə şəxsən açıqlayacaq.
Oğuz