11 nəfəri yaralayan şagirdin ailəsi və qohumları SAXLANILDI - Daha kimlərin adını çəkib?

Ötən gün Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda İnci Üzmez Peşə və Texniki Liseyinin yaxınlığında 11 şagirdin yaralanması ilə nəticələnən silahlı insident törədilib.

Sep 23, 2026 - 15:28
11 nəfəri yaralayan şagirdin ailəsi və qohumları SAXLANILDI - Daha kimlərin adını çəkib?

SAVASHMEDİA.az xəbər verir ki, məktəbin 9-cu sinif şagirdi, 15 yaşlı H.O ov tüfəngi ilə məktəb yoldaşlarına atəş açıb. 

Hücum nəticəsində 11 şagird yaralanıb. Onlardan biri xəstəxanadan evə buraxılıb, 3 şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Saxlanılan H.O polisə verdiyi ifadədə 1999-cu ildə ABŞ-nin Kolorado ştatında məktəbə hücum edən Erik Harris və Dylan Klebolddan, 2019-cu ildə Yeni Zelandiyanın Kraystçörç şəhərində məscidlərə hücum edən Brenton Tarrantdan, 12 avqust 2024-cü ildə Eskişehirdə bıçaqlı insident törədən Arda Küçükyetim və 4 oktyabr 2024-cü ildə İstanbulun Fatih rayonunda iki nəfəri öldürən Semih Çelikdən təsirləndiyini və onları özünə nümunə götürdüyünü bildirib.

Araşdırma zamanı müəyyən olunub ki, H.O hücumdan təxminən bir ay əvvəl qohumuna insident törədəcəyini deyib. Lakin qohumu onun dediklərini ciddi qəbul etməyib. H.O hücumdan bir müddət əvvəl qohumları ilə atış təlimi keçib. 

Polisin H.O-nun otağında apardığı axtarışlar zamanı svastika fiqurları, müxtəlif siyasi və ideoloji cərəyanlarla bağlı qeydlər, həmçinin manifestə bənzər mətnlər aşkarlanıb.

Polis hadisə ilə bağlı 9 nəfəri - H.O-nu, ata-anasını, ov tüfənginin aid olduğu babasını, birgə atış təlimi keçdiyi qohumlarını və hadisə zamanı istifadə olunan patronları aldığı şəxsi saxlayıb.  

Banu