"Putinlə aramda gizli razılaşma yoxdur" - Tramp inkar etdi
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə gizli anlaşmasının olduğuna dair iddiaları rədd edib.
SAVASHMEDİA.az xatırladır ki, söhbət Trampın Ukraynanın şərqində yerləşən bütün Donbas bölgəsini Putinə güzəştə getməsinə dair yayılan iddialardan gedir.
Donald Tramp Çinə səfəri öncəsi jurnalistlərin bu mövzuda suallarını cavablandırarkən belə bir gizli razılaşmanın olmadığını bildirib.
ABŞ prezidenti jurnalistlərin iddialarla bağlı suallarına qısa şəkildə “xeyr” cavabı verməklə kifayətlənib.
Tramp həmçinin Ukraynadakı müharibənin sonunun yaxınlaşdığını düşündüyünü də qeyd edib. O, münaqişənin dayandırılması üçün səylərin davam etdiyini vurğulayıb.
Oğuz