Putin o xanımı götürmək üçün şəxsi maşını ilə otelə getdi - ANBAAN VİDEO

Rusiya Prezidenti Vladimir Putin sinif rəhbəri olmuş Vera Dmitriyevnanı Kremlə şam yeməyinə dəvət edib. 

May 12, 2026 - 20:56
Putin o xanımı götürmək üçün şəxsi maşını ilə otelə getdi - ANBAAN VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya lideri V. Dmitriyevna və yaxınlarını hoteldən şəxsən özü idarə etdiyi “Aurus Senat” markalı avtomobillə götürməyə gəlib. 

Hotelin foyesinə daxil olan prezident müəllimini qucaqlayaraq ona gül buketi verib. Putin Vera Dmitriyevnaya avtomobilə əyləşməkdə kömək edib. Daha sonra sükan arxasına əyləşib və şam yeməyinə yollanıblar. Onların arxasınca Vera Dmitriyevnanın yaxınlarının olduğu daha bir avtomobil hərəkət edib.

Ailə Moskvaya parad üçün dəvət olunub və onlar üçün xüsusi mədəni proqram hazırlanıb.

Qeyd edək ki, Vera Dmitriyevna Qureviç Vladimir Putinin Leninqraddakı 193 nömrəli məktəbdə sinif rəhbəri və alman dili müəllimi olub. Uzun illər keçməsinə baxmayaraq, Rusiya prezidenti müəllimi ilə əlaqələrini qoruyub. Putin onu bundan əvvəl də Kremlə dəvət edib. Rusiya lideri dəfələrlə vurğulayıb ki, Vera Qureviç onun həyatına böyük təsir göstərən insanlardan biridir. 

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)