“Çox görmüşük” - Peskovdan istehzalı cavab

Kreml ABŞ lideri Donald Trampın BRİKS siyasətini dəstəkləyən ölkələrə əlavə 10 faizlik ticarət rüsumunun tətbiq ediləcəyi xəbərdarlığına münasibət bildirib.

Jul 7, 2025 - 17:12
“Çox görmüşük” - Peskovdan istehzalı cavab

SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Biz doğrudan da prezident Trampdan belə açıqlamalar görmüşük”, -  Peskov vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, BRİKS siyasətini dəstəkləyən ölkələrə istisnasız olaraq əlavə 10 faizlik ticarət tarifləri tətbiq olunacaq. O, bu xəbərdarlığını “Truth” sosial şəbəkəsində paylaşıb. 

Xatirə SADİQ