Ukrayna Rusiyaya iki gün ərzində 20 milyard zərər vurdu
Ukrayna dronlarının hücumları son iki gün ərzində Rusiya hava limanlarında 2000-dən çox uçuşun ləğv edilməsinə və ya gecikməsinə gətirib çıxarıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Rosaviasiya”dan bildirilib.
Məlumata görə, iyulun 5-dən bu günə kimi aviaşirkətlər 485 reysi ləğv edib, 88 reys alternativ hava limanlarına yönləndirilib, 1,9 min reys uçuş və enişdə gecikdirilib, 43 min biletin pulu geri qaytarılıb.
Ən pis vəziyyət “Pulkovo” hava limanında qeydə alınıb. 104 reys gecikdirilib. “Şeremetyevo” hava limanında 40 reys gecikib.
“Kommersant” yazıb ki, iyulun 5-6-da baş verən kollaps aviaşirkətlərə təxminən 20 milyard rubl (254 milyon dollardan çox) zərər vura bilər.
Xatirə SADİQ