Helsinki və Berlin bu məsələni birgə araşdırmağa başladı

Finlandiya və Almaniya Baltik dənizində telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı birgə təhqiqat elan ediblər

Nov 19, 2024 - 11:41
Nov 19, 2024 - 11:41
Helsinki və Berlin bu məsələni birgə araşdırmağa başladı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

Bəyanatda deyilir ki, insident dərhal qəsdən zədələnmə şübhələrini artırır. İki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri hesab edirlər ki, regionda təhlükəsizlik pisniyyətli subyektlərin hibrid müharibəsi, həmçinin Rusiya ilə Ukrayna arasındakı münaqişə səbəbindən təhlükə altındadır.

Qeyd edək ki, noyabrın 18-də “Cinia” operator şirkəti Almaniyanın Rostok şəhəri ilə Helsinkini birləşdirən kabelin (min kilometrdən çox uzunluqda) zədələndiyini elan edib. Şirkət nümayəndəsinin sözlərinə görə, kabel 2015-ci ildən istismardadır və əvvəllər orada heç bir qəza olmayıb. Bu, Finlandiyanı Mərkəzi Avropa ilə birləşdirən yeganə kabeldir. Quraşdırma işlərini asanlaşdırmaq üçün Rusiyanın "Şimal axını" qaz kəməri boyunca, ondan bir neçə yüz metr məsafədə çəkilib. 2022-ci ildə “Şimal axını” partlayış nəticəsində zədələnib. Bundan sonra kibertəhlükəsizlik ekspertləri kabeli Rusiyadan da daxil olmaqla, mümkün təxribat hədəfi adlandırıblar.

Xatirə SADİQ