Rusiyanın hansı əraziləri vurulacaq? - Borrell açıqladı

“Vaşinqton Ukrayna silahlı qüvvələrinə ABŞ silahları ilə Rusiyanın sərhəddən 300 kilometr məsafədə olan ərazilərinə zərbələr endirməyə icazə verib”.

Nov 19, 2024 - 11:52
Rusiyanın hansı əraziləri vurulacaq? - Borrell açıqladı

SAVASHMEDİA.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin iclasının sonunda çıxış edən Avropa diplomatiyasının rəhbəri Cozep Borrell deyib. 

Borrelin sözlərinə görə, Aİ ölkələri bu məsələ ilə bağlı vahid qərar qəbul etməyiblər və bununla bağlı müstəqil siyasət yürüdəcəklər.

Qeyd edək ki, noyabrın 18-də Borrell məsələ ilə bağlı fikirlərinin dəyişməz qaldığını söyləyirdi. “Ukrayna onlara verdiyimiz silahlardan təkcə oxları dayandırmaq üçün deyil, həm də oxatanları vurmaq üçün istifadə edə bilməlidir”, - deyə o, bildirirdi.  

Xatırladaq ki, Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ehtimal edilən icazə barədə ABŞ mediası məlumat yaysa da, Vaşinqton və Kiyev bunu təsdiqləməyib. Ukrayna uzun müddətdir ki, ABŞ-dən bu cür məhdudiyyətləri aradan qaldırmağı tələb edirdi.

Xatirə SADİQ