Gürcü müxalifəti beynəlxalq birliyə müraciət etdi – “Kavelaşvilini tanımayın”
Gürcüstanın əsas müxalifət partiyaları beynəlxalq ictimaiyyəti Gürcüstan parlamenti, hökuməti və prezidentinin legitimliyini tanımamağa çağırıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə “Dəyişikliklər uğrunda Koalisiya”, “Güclü Gürcüstan”, “Birlik – Milli Hərəkatı” və “Gürcüstan uğrunda Qaxariya” partiyalarının birgə bəyanatında deyilib.
Bəyanatda yenidən təkrar edilib ki, müxalifət 26 oktyabr parlament seçkilərinin nəticələrini saxta və gürcü xalqının iradəsini əks etdirmədiyini hesab edirlər.
“Biz sizi qondarma “Gürcü arzusu” rejimini Gürcüstanın legitim hökuməti kimi tanımaqdan çəkinməyə çağırırıq. Noyabrın 25-də toplaşan parlamentin, prezident və bu parlamentin təsdiq etdiyi nazirlərin legitimliyini istənilən formada tanımaqdan çəkinin”, - deyə müraciətdə diqqətə çatdırılıb.
Gürcüstan müxalifəti beynəlxalq ictimaiyyəti “Gürcü arzusu”nu “Gürcüstan xalqının iradəsini qəsb etmiş qondarma rejim” adlandırmağa çağırıb. Onların fikrincə, Gürcüstan hakimiyyətinin yeganə qanuni nümayəndəsi beşinci prezident Salome Zurabişvilidir.
Xatirə SADİQ