Aşqabadda Putinə hörmətsizlik, əsəbini zorla boğdu - VİDEO
Vladimir Putinin Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)” beynəlxalq forumunda çıxışına qısa əngəl yaranıb.
SAVASHMEDİA.az xəbər verir ki, mikrofon bağlı qaldığı üçün prezidentin səsi eşidilməyib.
Maraqlıdır ki, NATO ölkələrinin liderləri də daxil forumda iştirak edən dövlət və hökumət başçıları bu durumu səssizcə izləyiblər. Onların vəziyyətlə bağlı heç bir reaksiya verməmələri gündəm olub.
Putin bir müddət sonra özü problem olduğunu anlayaraq əli ilə mikrofona işarə edib. Həmin anlarda Putinin üz cizgilərinin dəyişdiyi, əsəbiləşdiyi diqqətdən yayınmayıb.
Bundan sonra məsul şəxslərdən biri Rusiya prezidentinə yaxınlaşıb və mikrofonun bağlı qaldığını bildirib. Putin mikrofonu açaraq ona təşəkkür edib və yenidən çıxışına başlayıb.
Qeyd edək ki, dekabrın 12-də Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilib.
Banu