Ramil Səfərov təkzib etdi - "Bu xəbərlər haradan çıxır?"

Son günlər sosial şəbəkələrdə polkovnik-leytenant Ramil Səfərovun hərbi rütbəsinin artırılması ilə bağlı məlumatlar yayılıb.

Dec 13, 2025 - 16:52
Ramil Səfərov təkzib etdi - "Bu xəbərlər haradan çıxır?"

Belə ki, Ulu Öndərin anım günü ilə əlaqədar çəkilmiş fotoda Səfərovun polkovnik rütbəsində olduğu müşahidə edilib.

SAVASHMEDİA.az xəbər verir ki, konkret.az məsələni dəqiqləşdirmək üçün Ramil Səfərovla əlaqə saxlayıb. 

O, sayta açıqlamasında hazırda xidmət edən zabit olduğunu və son dövrlərdə hər hansı yeni rütbə almadığını bildirib:

“Bu xəbərə ehtiyac yoxdur. Mən xidmətdə olan zabitəm, rütbə almamışam. Xəbər hardan və necə çıxıb bilmirəm. Bu cür xəbərlər xidmətimizə mane olur. Rütbəni çoxdan, təxminən il yarım əvvəl almışam. İndinin söhbəti deyil”.