Macarıstan bu ölkənin səfirindən cavab tələb etdi

İsveçin Budapeştdəki səfiri Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Oct 31, 2024 - 16:14
Macarıstan bu ölkənin səfirindən cavab tələb etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Səfirin XİN-ə çağırılması İsveçin baş naziri Ulf Kristersonun Macarıstanın baş naziri Viktor Orbanı tənqid etməsindən sonraya təsadüf edib.

Kristerson macar həmkarının Gürcüstanda səfərdə olarkən parlament seçkilərini azad və demokratik adlandırmasını tənqid edib. O, bildirib ki, Macarıstanın baş naziri İsveçin və ya digər Avropa ölkəsinin adından danışmır, Rusiyanın adından danışır.  

İsveçin xarici siyasət idarəsinin nümayəndəsi səfirin Macarıstan XİN-nə çağırılmasını təsdiqləyib. 

“Biz Macarıstanla ikitərəfli əlaqələr çərçivəsində əlaqələrimizi davam etdiririk. İkitərəfli dialoq münasibətlərin vacib və təbii hissəsidir”, - deyə İsveç tərəfi bildirib.

Xatirə SADİQ