Ukrayna 503 hərbçinin meyitini geri qaytara bildi
Ukrayna hökuməti cəbhədə həlak olmuş 502 hərbçinin cəsədinin vətənə qaytarılmasına nail olub.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Hərbi Əsirlər Məsələləri üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Məlimatda deyilir ki, bu hərbçilərin cəsədləri Donetsk (397), Luqansk (24) və Zaporojye (64) istiqamətlərində, eləcə də Rusiya Federasiyası (17) ərazisindəki morqlarda olub.
“Repatriasiya tədbirlərinin nəticələrinə əsasən, həlak olan 502 vətən müdafiəçisinin cəsədi Ukrayna hökumətinin nəzarətində olan əraziyə qaytarılıb. “Ekspert qurumları ilə birlikdə ölənlərin şəxsiyyəti ən qısa zamanda müəyyənləşdiriləcək”, - qərargahdan bildirilib.
Xatirə SADİQ