İstanbulda daha bir azərbaycanlı 14 kq qızılla TUTULDU
Türkiyədə, İstanbul Hava Limanının saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Xatırladaq ki, bir neçə gün öncə İstanbulda azərbaycanlı diplomat Qəhrəman Şamil oğlu Məmmədov 70 kilo qızılla saxlanılmışdı.