Rusiyadan Türkiyəyə uçan təyyarədə BOMBA HƏYƏCANI - 69 sərnişin...
Rusiyanın “Azimuth Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə bomba qoyulması barədə məlumat daxil olub.
SAVASHMEDİA.az xəbər verir ki, Mineralnıye Vodı şəhərindən Antalyaya uçan “Sukhoi Superjet 100” tipli təyyarənin göyərtəsində 65 sərnişin və 4 ekipaj üzvü olub.
Məlumatdan sonra Antalya hava limanında təhlükəsizlik tədbirləri görülüb. Təyyarə eniş etdikdən sonra təhlükəsiz əraziyə aparılıb və göyərtədəki 69 nəfər təxliyə edilib.
Sərnişinlər və ekipaj üzvləri təyyarədən çıxarıldıqdan sonra təhlükəsizlik əməkdaşları göyərtədə axtarışa başlayıblar.
Banu