Azərbaycanda çaqqallar yenə kəndə hücum etdi - yaralılar var

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

Aug 10, 2025 - 11:30
Azərbaycanda çaqqallar yenə kəndə hücum etdi - yaralılar var

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.

Xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir gün öncə də eyni fakt Cəlilabad rayonunun Şatırlı kəndində qeydə alınıb. Belə ki,  çaqqal kənd sakinlərinə hücum etmiş, nəticədə üç nəfər müxtəlif bədən xəsarətləri ilə  Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılməşdı.

Yağmur