İngiltərədən Ukraynaya qış dəstəyi - Raketlər YOLA DÜŞÜR
İngiltərə Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Kiyevə 1000-dən çox raket göndərməyə hazırlaşır.
SAVASHMEDİA.az xəbər verir ki, 240 milyon funt sterlinq (təxminən 537 milyon) dəyərində olan hərbi yardım paketinə hava hücumundan müdafiə raketləri ilə yanaşı, radar sistemləri də daxildir.
Məlumata görə, hərbi təchizat Ukraynaya dekabrın ortalarından göndəriləcək. Yardımın əsas məqsədi qış aylarında Rusiyanın mümkün hava hücumlarına qarşı Ukraynanın müdafiə qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, bu dəstək İngiltərənin gələn il Ukraynaya ayırmağı öhdəsinə götürdüyü 500 milyon funt sterlinqlik hərbi yardım paketinin tərkib hissəsidir.
Xatırladaq ki, İngiltərənin müdafiə naziri Ues Stritinq Rusiya Prezidenti Vladimir Putinin qış şəraitindən Ukraynaya qarşı silah kimi istifadə etdiyini bildirib. O, Londonun müharibə başa çatana qədər Kiyevi dəstəkləmək əzmində olduğunu vurğulayıb.
Banu