Tramp Putini tənqid etdi 

“Rusiya prezidenti Vladimir Putinin hərəkətləri xeyli insan itkisinə və dağıntılara gətirib çıxarıb, lakin müharibəni sona yaxınlaşdırmayıb”.

Sep 26, 2025 - 12:52
Tramp Putini tənqid etdi 

SAVASHMEDIA.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə ünsiyyəti zamanı deyib. 

“Rusiyanın törətdiklərini izləyirəm və mən Rusiyanın və Putinin etdiklərindən çox narazıyam. Bu, mənim heç xoşuma gəlmir. O, insanları hər hansı bir səbəb olmadan öldürür. Və hər şeylərini riskə qoyduqları nəzərə alınsa, çox pis işləyirlər. Onların iqtisadiyyatı cəhənnəmə yollanır”.

Tramp əlavə edib ki, Kreml tərəfindən başlayan müharibə uzanıb və artıq dördüncü ildir davam edir: “Onlar hər yeri dalbadal bombalayır və çox az ərazini ələ keçirirlər, əgər ümumiyyətlə ələ keçirirlərsə. Əslində, hətta itirirlər. Ona görə də, düşünürəm ki, bu, Rusiyanın nüfuzu üçün çox pisdir”.

Trampın sözlərinə görə, “bu müharibə indiyədək bitməli idi”. Onun fikrincə, əgər bu, ABŞ-nin müharibəsi olsaydı, onu “bir həftəyə” bitirərdi.

“Baxın, onlar nə əldə etdilər. Onlar son bir ayda çox az yer götürüblər, siz isə bütün bu bombardmanlar, bütün dronlar, 900 dronun bir gecədə Kiyev kimi müəyyən rayonlara daxil olması barədə xəbər verirsiniz. Buna baxmayaraq, onlar çox az ələ keçiriblər. Buna görə də Putinlə bağlı çox məyusam”, - deyə Tramp diqqətə çatdırıb.

Xatirə SADİQ