Qalmaqal yaşadığı oğlunu rədd edir? - Kral III Çarlz vəsiyyətini açıqladı

Böyük Britaniya kralı III Çarlz öz cənazə mərasimi ilə bağlı plan tərtib edib.

Jul 1, 2025 - 11:15
Jul 1, 2025 - 11:25
Qalmaqal yaşadığı oğlunu rədd edir? - Kral III Çarlz vəsiyyətini açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, cənazədə iştirak edəcək şəxslər arasına son 5 ildə problemlər yaşadığı oğlu şahzadə Harri və onun xanımı Meqan Marklı da daxil edib.

Məlumata görə, Harri və Meqan III Çarlzın cənazəsinə fəxri qonaq ünvanı ilə qatılacaqlar. Hətta III Çarlz Harrinin oğlu Arçi və qızı Lilibetin də cənazəyə qatılmalarına icazə verib.

Qaydalara əsasən, şahzadə Harri cənazə mərasimində Britaniya taxtının vəliəhdi olan qardaşı Uilyamla yanaşı London küçələrindən keçid edəcək.

Xatırladaq ki, Şahzadə Harri ailəsinin narazılığına baxmayaraq, 2018-ci ildə amerikalı aktrisa Meqan Marklla ailə qurub. Bundan sonra kral ailəsində narazılıqlar daha da artıb.

Markl mətbuata verdiyi açıqlamalarda irqi ayrı-seçkiliklə qarşılaşdığını bildirib. 2020-ci ildə Harri krallıqdakı bütün ünvan və vəzifələrindən imtina edərək Markl və oğlu Arçi ilə birlikdə ABŞ-yə köçüb. Keçən 5 il ərzində isə Harri və ailəsi arasında soyuq küləklər əsib.

Harri İngiltərə səyahətinin kral ailəsi tərəfindən qarşılanması üçün ailəni məhkəməyə verib, lakin istədiyi nəticəni əldə edə bilməyib. Bundan sonra mətbuata verdiyi reportajda atasının xəstəliyini də əsas gətirərək ailəyə zeytun budağı uzadıb. III Çarlz səssiz qalsa da, görünür, oğlunun çağırışına etinasız yanaşmayıb və onun cənazə mərasiminə qatıla bilməsi üçün tədbir görüb.

Harri ilə qardaşı şahzadə Uilyam arasında gərginlik hələ də davam edir. Hətta Uilyamın taxta çıxdıqdan sonra Harri və Meqan Marklı hersoq və hersoginiya ünvanından məhrum edəcəyi də yazılır.

Mövzuya aid digər yazının linki: https://savashmedia.az/taxta-cixan-kimi-qardasi-arvadindan-intiqam-alacaq-sahzade-uilyam-qisas-andi-icdi

Banu