"Hökumətin iqtisadi qanadındakı ingilisdilli “qaqulik"lərə vaxtında deyəndə ki..." - Natiq Cəfərli

"Putinin “tut yemiş bülbülü”, Solovyov dünən yenə əsib-coşdu, Azərbaycana qarşı hədələr səsləndirdi – dedi, elə edərik ki, pomidorunuzu Rusiyada sata bilməzsiniz, onda görək pomidoru harada satacaqsınız". 

Jul 1, 2025 - 11:36
"Hökumətin iqtisadi qanadındakı ingilisdilli “qaqulik"lərə vaxtında deyəndə ki..." - Natiq Cəfərli

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu sözləri iqtisadçı ekpert, ReAL partiyasının rəhbəri Natiq Cəfərli deyib: 

"5100 nüvə başlığı, 17 mln. km2 ərazisi olan ölkənin təhdidinə baxın – pomidoru almarıq, belə cılız, belə düşük Şimal qonşumuz var, məhz belə bəsit olduqlarına görə nüvə bombalarına, raketlərinə, ərazisinin böyüklüyünü baxmayaraq Rusiya cılızdı, kiçikdi, heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında, böyük ölkə ola bilməyəcək". 

İqtisadçı yaranmış vəziyyətə görə hökumətin iqtisadi qanadını da tənqid edib:

"O ki, qaldı Azərbaycanın aqrar sahədə Rusiya bazarından asılılığına, hökumətin iqtisadi qanadında təmsil olunan ingilisdilli “qaquliklərə” illərdir bu haqda xəbərdarlıq edirdik ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyadan 80%-ə yaxın asılılıq doğru deyil, yeni, daha premium bazarlara çıxış tapmaq lazımdır. Bu qalstuklu müəllimlər azərbaycanca da bilir, amma azərbaycanlının dilini, onun istəklərini, gözləntilərini anlaya bilmirlər. 

2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 mln. dollarlıq mal satıb, Rusiyadan isə 1,7 mlrd. dollarlıq mal alıb. Yəni, zatən Rusiya bizə, bizim onlara satdığından 3-4 dəfə çox mal satır. Yəni, ticarət onlara daha çox sərf edir, bunu belə anlamırlar, amma, biz istənilən halda yeni bazarlara çıxmağı bacarmalıyıq, əsas da Körfəz ölkələrinə və Orta Asiya Respublikalarına ixracatımızı artırmalıyıq. 

Pomidor məsələsi də belədir – ölkə olaraq bu ilin ilk 5 ayında 113 mln. dollarlıq 98,5 min ton pomidor satmışıq ki, Rusiyaya ixrac dəyəri, təqribən, 1 dollar 15 sentə düşür, körfəz ölkələrində Azərbaycan pomidoru keyfiyyətində tomat yoxdur, ortalama qiymət isə 2 dollar civarındadır. Niyə, məsələn, ərəblərə satmayaq ki?!"

Səlcuq