Taxta çıxan kimi qardaşı arvadından intiqam alacaq - Şahzadə Uilyam qisas andı içdi
Britaniya taxtının varisi, Uels hersoqu, şahzadə Uilyam qardaşı Harridən qisas alacaq.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb şahzadə Harri və xanımının kral ailəsinə məxsus ünvanları ticarət vasitəsi kimi istifadə etməsidir.
Belə ki, Susseks hersoqu, şahzadə Harri və xanımı Susseks hersoginiyası Meqan Markl Britaniyanı tərk edərkən krallığa aid bütün ünvanlardan da imtina etdiklərini bildiriblər.
Cütlük Amerikaya yerləşəndən sonra Meqan Markl təbii qidalar, sağlam həyat tərzi məhsulları və mürəbbə satan bir marka yaradıb. Markl həmçinin rəqəmsal platformalar üçün proqramlar çəkir. O, markasını tanıtmaq üçün çəkdiyi videolarda, çıxdığı proqramlarda özündən HRH (His/Her Royal Highness), yəni ülyahəzrət (əlahəzrət) olaraq bəhs edir. (Bu, kral ailəsində hökmdarın və şahzadələrin xanımlarının özlərini təqdim edərkən istifadə etdikləri ünvandır.)
Fotoda: Şahzadə Harri və Meqan Markl
İddialara görə, vəliəhd Uilyam atası, karl III Çarlza da Harri və xanımını cəzalandırmadığı üçün əsəbiləşib. Uilyama görə, atasının başı öz xəstəliyinə qarışıb deyə krallıq ünvanlarının mal satmaq üçün istifadə olunmasına reaksiya vermir və bununla da zəiflik göstərir.
Saraydakı mənbənin verdiyi məlumata görə, Uilyam qardaşından da çox onun həyat yoldaşı Meqan Markla nifrət edir. Buna səbəb isə Meqan Marklın Uilyamın xanımı Keyt Middleton haqqında dedikləridir.
Fotoda: Şahzadə Uilyam və Keyt Middleton
Markl İngiltərədən köçməzdən əvvəl verdiyi açıqlamalarda Keytin onu daim alçaltdığını, irqçilik etdiyini, hətta irqçiliyin doğulacaq övladının dərisinin rənginə qədər endiyini bildirib. Hətta Markl haqlarında mətbuatda çıxan yalan xəbərləri Keyt Middletonun yazdırdığını iddia edib. Keyt bu xəbərlərdən sonra tənqid olunub. Bu da onun səhhətinə mənfi təsir göstərib.
Mənbə bildirir ki, Uilyam intiqam andı içib. Atasının xəstəliyi ilə bağlı olaraq da taxta çıxacağı günləri sayır. Taxta çıxan kimi ilk işi qardaşını və qardaşı arvadını sərt şəkildə cəzalandırmaq olacaq.
Xatırladaq ki, Keyt Middleton 2024-cü ilin mart ayında xərçəng xəstəliyindən müalicə aldığını açıqlayıb.
Banu