Növbəti 100 gündə Ukrayna ilə Rusiyanı yaxınlaşdırmağa çalışacağıq - Cey Di Vens
“Ukrayna və Rusiya arasında müharibəni bitirmək baxışları ilə bağlı çox böyük uçurum var”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Fox News telekanalına müsahibəsində deyib.
Rusiya və Ukrayna arasındakı danışıqların vəziyyəti ilə bağlı suala cavab verərkən Vens bildirib ki, Rusiya və Ukrayna arasındakı münaqişənin həlli üçün ilk və zəruri addım hər iki tərəfin sülh təklifi verməsidir.
“Və bu, artıq baş verib. Ukraynalılar dedilər: “Bizim istədiyimiz budur”. Ruslar dedilər: “Bizim istədiyimiz budur”. İndi isə bu iki tərəfi bir-birinə yaxınlaşdırmağa çalışmaq diplomatiyanın işidir. Çünki rusların istək ilə ukraynalıların istəkləri arasında çox böyük uçurum var”, - deyə Vens vurğulayıb.
O, əlavə edib ki, Trampın prezidentliyinin növbəti 100 günü ərzində onun administrasiyası bu tərəfləri yaxınlaşdırmaq üçün çox çalışacaq.
Xatirə SADİQ