“Ukrayna liderlərin görüşünə keçməyi təklif edir” - Zelenski Putinə səsləndi
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və Belarus prezidentləri Vledimir Putin və Aleksandr Lukaşenkonun guya “sülh istədikləri” barədə bəyanatlarına dərhal cavab verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında yazıb.
“Biz Rusiyadan bəyanatları eşidirik. Əgər bu, onların müharibəni ləyaqətlə başa vurmağa və həqiqətən də uzunmüddətli sülhün bərqərar olmasına ciddi hazır olduqlarının siqnalıdırsa, nəinki müharibə üçün daha çox vaxt qazanmaq və sanksiyaların gecikdirilməsi cəhdi deyilsə, o zaman Ukrayna istənilən vaxt liderlər səviyyəsində görüşməyə hazır olduğunu bir daha təsdiqləyir”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna bəyanatlar və texniki görüşlər mübadiləsindən liderlər arasında söhbətə keçməyi təklif edir, lakin Rusiyanın hazırlığı tələb olunur.
Xatirə SADİQ