Lukaşenko Trampa əvvəlcə məsləhət verdi, sonra meydan oxudu 

Rusiya və Belarus öz maraqlarını müdafiə etməkdə qərarlıdır, ona görə də heç kim onları “diz çökdürə” bilməyəcək.

Aug 1, 2025 - 16:31
Lukaşenko Trampa əvvəlcə məsləhət verdi, sonra meydan oxudu 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Valaamda keçirdiyi birgə mətbuat konfransında bildirib.

Lukaşenkonun sözlərinə görə, Moskva və Minsk “bu gün çox ciddi dönüş yaradıb”.

“Ultimatumlar 50, 60, 10 gün. Siyasət belə aparılmır. Əgər ABŞ prezidenti həqiqətən də Ukraynada sülh istəyirsə, ultimatumlarla deyil, nizamlanma prosesinə səliqəli şəkildə işə qarışmalıdır. Bu, hərbi toqquşmadır və orada özəlliklə də nüvə dövlətinə qarşı etmək əmr vermək alınmayacaq. Baxın, bu sadəcə gülüş doğurur”, - deyə Lukaşenko bildirib.

O, deyib ki, ABŞ nümayəndələri vasitəsilə Donald Trampa “diqqətli davransınlar, sonra razılığa gələ bilərik” ismarıcını çatdırıb.
 
Ukrayna mediası Belarus prezidentinin açıqlamasını Putinin ABŞ prezidenti Donald Trampa Lukaşenkonun “ağzı” ilə cavab verdiyi kimi qiymətləndirib. 

Xatirə SADİQ