“İndi güllələr də fit çalır, dəhşət, dəhşət..." - Putin
“Beynəlxalq və daxili vəziyyət sabit olanda biz darıxırıq, “hərəkətlilik” baş verəndə isə “dəhşət, dəhşət, dəhşət” başlayır”
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında deyib.
Aparıcının bütün dünya “dəli” olarkən Rusiyanın “üzdə qalmağı” necə bacarması ilə bağlı sualına o, belə cavab verib: “Bilirsiniz, bizdə hər şey sakit, müntəzəm, sabit olanda darıxırıq. “Hərəkətlilik" istənilir. Gicgahda elə fit çalınır, saniyələr də, güllələr də... Təəssüf ki, indi hətta güllələr də fit çalır. Belə bizə qorxuludur. Dəhşət, dəhşət. Amma dəhşət yox, dəhşət, dəhşət... Hər şey iqtisadiyyatla ölçülür”, - deyə Putin bildirib.
Birinci sualı iqtisadi məsələlərdən başlamağı təklif edən Putin aparıcının sualını “təxribat” adlandırıb.
Onun sözlərinə görə, bu gün Rusiyada iqtisadiyyatla bağlı hər şey normaldır. Putin qeyd edib ki, ÜDM-in artımının 2024-cü ildə 3,9-4% səviyyəsində olacağı gözlənilir. Lakin 2025-ci ildə hökumət və Mərkəzi Bank “yumşaq eniş” hədəfini 2-2,5% səviyyəsində hədəfləyir.
Rusiya dövlət başçısı bildirib ki, Rusiyada işsizlik səviyyəsi rekord səviyyədə aşağıdır – 2,3%.
“ Heç nəyə baxmayaraq, hər hansı xarici təhdidlərə və bizə təsir etmək cəhdlərinə baxmayaraq, bütövlükdə Rusiyada iqtisadiyyatla bağlı vəziyyət normaldır, sabitdir və inkişaf edirik”, - Putin vurğulayıb.
Xatirə SADİQ