Ukraynalı boksçudan Trampa müraciət – “Lütfən, gözlərinizi açın”  + VİDEO

Tanınmış ukraynalı idmançı, boks üzrə dünya çempionu Aleksandr Usik ABŞ prezidenti Donald Trampı Ukraynadakı müharibəni əraziləri Rusiya Federasiyasına vermədən dayandırmağa çağırıb.

Apr 30, 2025 - 12:01
Ukraynalı boksçudan Trampa müraciət – “Lütfən, gözlərinizi açın”  + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu Pirs Morqanın şou proqramında baş verib. 

“Trampdan nə istərdim? Lütfən, Ukraynada müharibəni dayandırın. Təbii ki, ərazilərdən imtina etmədən. Bu, mənim ərazimdir, bu mənim ölkəmin ərazisidir, bu mənim xalqımdır”, - deyə Usik vurğulayıb.

Dünya çempionu Ukraynanın sülh müqaviləsi bağlamaq üçün Rusiya Federasiyasına ərazi güzəştinə getməli olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Bu cəfəngiyatdır. Qulaq asın, bizim çox mübahisəli yerlərimiz var. Bəs niyə Rusiyaya olar, başqalarına isə yox? Bu cəfəngiyatdır, deyilmi? Bizim dünyamız həqiqətlə yaşayır. Bizdə Ukrayna var. Bu, bu və bu Ukraynaya aiddir. Niyə mənim ölkəmi əlimdən alırsan? Prezident Tramp, lütfən, gözlərinizi açın”.

Xatirə SADİQ