“Putini aclıqla əldən salmaq lazımdır” - ABŞ-nin energetika naziri
ABŞ-nin energetika naziri Kris Rayt ölkəsinin Avropadakı bütün Rusiya qaz və neft məhsullarını əvəz etməyə hazır olduğunu bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kris Rayt Fox News telekanalının efirində deyib.
“Avropada Rusiya enerji daşıyıcılarını sıxışdırmaq üçün hərəkətə keçirlər. Bəlkə də bizim istədiyimiz qədər sürətli deyil. Amerika bu gün Avropaya nəql olunan bütün Rusiya qazını, eləcə də Rusiyanın bütün neft məhsullarını sıxışdırmağa hazırdır. Bizdə bunun üçün imkanlar var. Biz onların tələbatını ödəməyə hazırıq”, - deyə nazir vurğulayıb.
Kris Rayt qeyd edib ki, ABŞ prezidenti Ukraynada müharibəni dayandırmaq istəyir və bunun üçün “Putini aclıqla əldən salmaq lazımdır”. Bununla nazir Rusiya Federasiyasının enerji resurslarının satışından əldə etdiyi gəlirləri kəsməyin zəruri olduğunu nəzərdə tutub.
Xatirə SADİQ