Rusiyanın Su-34 qırıcı təyyarəsi vuruldu – Ukraynada 

Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini məhv etdiyini açıqlayıb.

Sep 25, 2025 - 13:19
Rusiyanın Su-34 qırıcı təyyarəsi vuruldu – Ukraynada 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna HHQ öz Telegram kanalında məlumat paylaşıb. 

“Düşmənin Su-34 təyyarəsi vuruldu!”, - deyə məlumatda bildirilib.

Məlumata əsasən, bu hadisə səhər saat 4 radələrində Zaporojye istiqamətində baş verib. Həmin təyyarə idarə olunan hava bombalarını tətbiq etməklə Zaporojye şəhərinə terror hücumları həyata keçirib.

Xatirə SADİQ