“Razılaşdıq ki, kameralar olmadan danışaq” - Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqları ümumilikdə müsbət qiymətləndirdiyini bildirib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bu barədə Valaamda Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib.
“Danışıqlar həmişə lazımdır və əgər bu, sülhə can atmaqdırsa, həmişə vacibdir. Mən bunu bütövlükdə müsbət qiymətləndirirəm. Yüzlərlə insanın öz vətənlərinə qayıtmasını necə müsbət qiymətləndirməmək olar? Humanitar səbəblərdən minlərlə Ukrayna əsgərinin cəsədini təhvil verdik, bunun müqabilində onlarla cəsədimizi aldıq”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, bütün məyusluqlar “izafi gözləntilərdən” doğur. Münaqişənin həllinə sülh yolu ilə yanaşmaq üçün isə “əsaslı söhbət” aparmaq lazımdır, amma bunu publika önündə etmək lazım deyil.
Putin Ukrayna tərəfinin danışıqlara reaksiyasını da “müsbət” hesab etdiyini vurğulayıb: “Biz razılaşdıq ki, bu cür danışıqları kameralar olmadan, heç bir siyasi səs-küy olmadan, sakit rejimdə apara bilərik. Və kompromis axtaraq”.
Onun sözlərinə görə, danışıq qrupları hələ işə başlamayıb.
Putin əlavə edib ki, Rusiya bu prosesin davam edəcəyini gözləyir.
Xatırladaq ki, Kiyev sülh danışıqları üçün ilkin şərt kimi tam və qeyd-şərtsiz atəşkəseləcə də təhlükəsizlik təminatı tələb edir. Ukrayna tərəfi Rusiyanın 2014-cü ildən bəri işğal etdiyi ərazilərin tanınması barədə Kremlin tələbini rədd edir.
Xatirə SADİQ