“Ukraynanın zərbələri müstəqillik nümayişidir” – Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin danışıqlar ərəfəsində Rusiyaya nə üçün kütləvi dron hücumu etdiyinə aydınlıq gətirib. 

Mar 12, 2025 - 17:40
“Ukraynanın zərbələri müstəqillik nümayişidir” – Zelenski

SAVASHMEDİA.az xəbər verir ki bu zaman Zelenski Krivoy Roqa hücumları xatırladıb. 

“Bu gün Krivoy Roqdakı mehmanxanaya zərbələr endirilib. Mətbuat katibi də Krivoy Roqdandır. Bu gün onunla danışdıq, deyir ki, şəhərdə daha mehmanxana qalmayıb. Yəni bu nəsə deyir, bu təsadüf deyil. Sizcə, Ukrayna qoşunları bu zərbədən sonra cavab verəcəkmi? Bu, güc nümayişi deyil”, - deyə prezident brifinqdə bildirib. 

O, əlavə edib ki, Ukraynanın zərbələri müstəqillik nümayişidir, ona görə də Rusiya nə qədər böyük olsa da, zərbə endirərkən əvəzində cavab zərbələri alacaq.

Xatırladaq ki, Zelenski Krivoy Roq şəhərində dünyaya gəlib.

Xatirə SADİQ