“Ərazi güzəşti olmayacaq, bu, qırmızı xəttimizdir” - Zelenski
“Ukrayna işğal olunmuş əraziləri Rusiyanın əraziləri kimi tanımayacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, prezident Volodimir Zelenski bunu brifinq zamanı Ukraynanın hansı “qırmızı xətləri” olması ilə bağlı sualı cavablandırarkən deyib.
“Bizim adamlar bunun üşün canlarından keçiblər. Bizim qəhrəmanlarımız həlak olublar. Nə qədər yaralanan var, nələr baş verib. Buna görə də heç kim bunu unutmayacaq... Bu, başlıca qırmızı xəttdir. Biz heç kimə Ukraynaya qarşı törədilən bu cinayəti unutmağa imkan verməyəcəyik”, - deyə Zelenski bildirib.
Xatirə SADİQ