İsrailin planı Tehranın əlinə necə keçib? - ABŞ İrana gizli xəbər göndəribmiş 

ABŞ administrasiyası bu ilin yazında İranla aparılan həssas danışıqlar zamanı Tehrana gizli xəbər göndərib. 

Jul 3, 2026 - 16:35
İsrailin planı Tehranın əlinə necə keçib? - ABŞ İrana gizli xəbər göndəribmiş 

SAVASHMEDİA.az "New York Times"-a istinadla xəbər verir ki, Vaşinqton İsrailin danışıqlarda iştirak edən İran rəsmilərinə qarşı sui-qəsd hazırlayacağından ehtiyat edib. 

Məlumata əsasən, ABŞ rəsmiləri xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibafın hədəfə çevriləcəyindən qorxublar. Buna görə də Vaşinqton vasitəçilərdən istifadə edərək mümkün təhlükə barədə Tehrana xəbər çatdırıb.

Bildirilir ki, ABŞ belə bir hücumun baş verməsinin İranla aparılan danışıqları tamamilə pozacağından və bölgədə münaqişəni yenidən alovlanacağından ehtiyatlanıb. 

Qeyd edək ki, nə ABŞ, nə də İsrail rəsmiləri yayılan iddia ilə bağlı açıqlama verib.

Oğuz