"Bilirsiniz, onu kim oğurlayıb? Ruslar" - Tramp 

ABŞ Prezidenti Donald Tramp Vest Point Hərbi Akademiyasında keçirilən mərasimdə ölkəsinin böyük həcmdə hipersəs raketləri istehsal etməyə başladığını bildirib.

May 25, 2025 - 00:54
"Bilirsiniz, onu kim oğurlayıb? Ruslar" - Tramp 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Trampın sözlərinə görə, Birləşmiş Ştatlar bu cür silahları çoxdan hazırlayıb.

O həmçinin qeyd edib ki, ABŞ-nin hipersəs raketləri üçün texnologiyaları Barak Obamanın prezidentliyi dövründə oğurlanıb.

"Biz onun tərtibatçısı idik. O Obama administrasiyası zamanı oğurlanıb. Onu oğurlayıblar. Bunu kimin etdiyini bilirsinizmi? Bunu ruslar oğurlayıblar", - deyə Tramp bəyan edib.