SEPAH İtkin pilotu axtaran ABŞ təyyarəsini də vurdu
SEPAH və "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-nin vurulmuş pilotunu xilas etmək üçün həyata keçirdiyi hərbi əməliyyatın tam uğursuzluqla nəticələndiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, İranın "Tasnim" agentliyi düşmən qüvvələrinin məhv edilməsi ilə bağlı təfərrüatları yayıb.
Məlumata görə, ABŞ-nin itkin düşmüş pilotu tapmaq üçün İranın mərkəzi hissələrinə daxil olmaq cəhdi SEPAH, ordu, Bəsic (xalq könüllüləri) və polis qüvvələrinin (FARAJA) birgə əməliyyatı nəticəsində dəf edilib. "Xatəmül-Ənbiya" Qərargahının nümayəndəsi bildirib ki, İsfahanın cənubunda ABŞ-a məxsus iki "Black Hawk" helikopteri və bir "C-130" hərbi-nəqliyyat təyyarəsi dəqiq zərbələrlə vurulub.
İran tərəfi ABŞ Prezidenti Donald Trampın "pilotun xilas edildiyi" barədə paylaşımını "ağır məğlubiyyəti ört-basdır etmək cəhdi" kimi qiymətləndirib.
Hazırda İran hərbi rəhbərliyi vurulmuş təyyarələrin qalıqlarının görüntülərini paylaşmaqda davam edir. Rəsmi Tehran bu hadisəni ABŞ-nin bölgədəki hərbi nüfuzuna vurulan növbəti ağır zərbə kimi təqdim edir.