Zori Balayan öldü
Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı, ictimai xadim Zori Balayan ölüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumatı onun oğlu Hayk Balayan yayıb.
O, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib.
O həmçinin kitabda türkləri həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.
Z.Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.
1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməsini istəmişdi.
Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş ter*orun sifarişçisi kimi də tanınırdı.
Bununla əlaqədar Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.
2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılmışdı.