Kann Film festivalının qalibi olan TÜRK - Dissident Cəfər Pənahinin DOSYESİ
78-ci Kann Beynəlxalq Film festivalında ən yaxşı film mükafatını alan əslən Azərbaycan türki olan iranlı rejissor, dissident Cəfər Pənahinin maraqlı həyat hekayəsi var.
SAVASHMEDİA.az onun həyat yoluna işıq salır. Beləliklə...
Cəfər Pənahi 11 iyul 1960-cı ildə İranın Miyanə şəhərində anadan olub, dünya miqyasında tanınan iranlı rejissor və ssenaristdir. O, milliyyətcə Azərbaycan türküdür. Uşaqlıqdan kinoya maraq göstərən Cəfər gənc yaşlarında 8 mm-lik kameradan istifadə edərək film çəkməyə başlamış, həmçinin Kino və Televiziya Kollecində təhsil almışdır. İran–İraq müharibəsində hərbi xidmət zamanı 76 gün əsir həyatı yaşayıb.
Pənahi 1995-ci ildə çəkdiyi ilk uzunmetrajlı filmi "Ağ balıq" (The White Balloon) ilə beynəlxalq aləmdə tanınmağa başlayıb. Bu film, Cannes Film Festivalında "Caméra d'Or" mükafatını qazanıb. Sonrakı illərdə "Dairə" (The Circle), "Offside", "Taxi" və "3 Faces" kimi filmləri ilə həm sosial mövzuları, həm də İran cəmiyyətinin problemlərini ekranlara daşımışdır.
2010-cu ildə "İranın dövlət sistemini tənqid etmək" ittihamı ilə 6 il həbs cəzası alan Pənahiyə həm də 20 illik film çəkmə qadağası qoyulmuşdur. Pənahi qadağalara rəğmən gizli şəkildə filmlər çəkməyə davam etmişdir. 2011-ci ildə "Bu, film deyil" (This Is Not a Film) adlı şəxsi video gündəliyini çəkərək Cannes Film Festivalına göndərmişdir. 2015-ci ildə "Taxi Tehran" filmi ilə Berlində "Qızıl Ayı" mükafatını qazanmışdır.
2022-ci ildə "No Bears" filminə görə yenidən həbs olunmuş, lakin 2023-cü ilin fevralında aclıq aksiyası keçirərək azadlığa çıxmışdır .
2025-ci ilin mayında Cannes Film Festivalında "Sadəcə bir qəza idi" (It Was Just an Accident) adlı filmi ilə "Qızıl Palma" mükafatını qazanmışdır. Bu film, onun həbsdə olduğu dövrdə yaşadığı təcrübələrdən ilhamlanaraq çəkilmişdir və beş keçmiş məhbusun onlara işgəncə vermiş şəxsi taparaq intiqam almağa çalışmasından bəhs edir.
Oğuz