“Simpsonlar”ın yeni kəhanəti - "Trampın öldüyü gün..."

Kəhanətləri ilə məşhurlaşan “Simpsonlar” cizgi serialı ABŞ Prezidenti Donald Tramp, vitse prezident Ceyms Devid Vens və milyarder, iş adamı İlon Mask barədə maraqlı proqnozlar verib.

Aug 1, 2025 - 17:07
Aug 1, 2025 - 17:18
“Simpsonlar”ın yeni kəhanəti - "Trampın öldüyü gün..."

SAVASHMEDİA.az xəbər verir ki, “Simpsonlar”ın yaradıcısı, 71 yaşlı rəssam, yazıçı Mett Qroeninq cizgi serialın 37-ci mövsümünü tanıtmaq üçün pərəstişkarları ilə görüşüb. 

M.Qroeninq cizgi serialın bitəcəyi tarixdən danışıb:

“Düzü, düşünürdüm ki, “Simpsonlar” 36-cı mövsümdə tamaşaçılarla vidalaşacaq. Amma hələ yox, son deyil. Biz davam edəcəyik. Görünür, birimiz ölənə qədər bu serial davam edəcək”.

Ssenarist Tramp, Mask və Venslə bağlı maraqlı proqnozlar verib:

“Trampın öldüyü gün hamı küçədə rəqs edəcək. Ta ki Vensi küçədə rəqsi qadağan edənə qədər. ABŞ “Azadlıq heykəli”ni Fransaya geri qaytaracaq. Şimali Amerika “azadlıq” kəlməsinin nə mənaya gəldiyini xatırlayacaq. (red- Trampın ölümündən sonranı nəzərdə tutur) Uşaqlar valideynlərini MAGA düşüncəsindən (Make America Great Again (Amerikanı yenidən ən böyük et) – Trampın seçki şüarı – red) azad edəcəklər. Necəmi? Çox sadə. Televizorun pultunu götürəcək, kanallar siyahısını açacaq və siyahıdan “Fox News”u siləcəklər”. (Müxalif kəsim “Fox News”u Respublikaçılar partiyasının təbliğat maşını hesab edir)
“İlon Mask Marsa ayaq qoyan ilk insan olacaq. Heyrətamiz şəkildə Marsa batıb qalacaq və Yerə qayıda bilməyəcək. Geri dönə bilməyəcəyini ratsiya ilə xəbər verəcək. Ən təsirlisi isə Mask Dünyadan yüksələn alqış səslərini eşidə biləcək”.

Qeyd edək ki, Nyu-York şəhərində yerləşən “Azadlıq heykəli”ni 1886-ci ildə, yəni yaranmasının yüz illiyi münasibətilə Fransa ABŞ-yə hədiyyə edib. 

Banu