Nazirin həyat yoldaşı intim şəkillərini internetdə tanış olduğu şəxsə göndərdi - FOTOLAR YAYILDI
ABŞ-nin keçmiş daxili təhlükəsizlik naziri Kristi Noem həyat yoldaşı Brayon Noemlə bağlı qalmaqalla gündəmə gəlib.
SAVASHMEDİA.az İngiltərənin “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, sabiq nazirin əri qadın paltarları və süni sinə implantları geyinərək çəkdiyi şəkillərini və 25 min dollar pulu internetdə tanış olduğu şəxslərə göndərib. Qəzet həmin şəkilləri yayımlayıb.
“Daily Mail” iddia edib ki, B.Noem sözügedən şəkillərini və 25 min dollar pulu qarşı tərəflərə xanımı nazir vəzifəsini icra edən vaxtlarda göndərib.
Fotoda Kristi Noem həyat yoldaşı Brayon Noemlə
Kristi Noemin nümayəndəsinin sözlərinə görə, ailə bu məlumatlardan sarsılıb və məxfilik tələb edib.
Məqalədə bildirilib ki, Brayon Noem jurnalistlərə açıqlamasında şəkillərin özünə aid olduğunu birbaşa təkzib etməyib. Lakin bu fəaliyyətləri ilə xanımını risk altında və şantaja məruz qoyduğunu rədd edib:
“Bununla nəticələnəcək heç nə etməmişəm”.
Qeyd edək ki, Kristi Noem Respublikaçılar Partiyasının üzvüdür.
Brayon Noem
25 yanvar 2025-ci ildən 24 mart 2026-cı ilə qədər Amerika Birləşmiş Ştatlarının daxili təhlükəsizlik naziri olub. Donald Tramp K. Noemi ittiham olunduğu profesional və şəxsi həyatı ilə bağlı qalmaqallardan (Rene Qud və Aleks Pretti qətlləri, köməkçisi Corey Levandovski ilə sevgi münasibətləri, televiziya reklamı üçün dövlət vəsaitlərindən 220 milyon dollar istifadə və nazirlik tərəfindən istifadə üçün modifikasiya edilmiş üç özəl təyyarəyə görə 300 milyon dollar istifadə) sonra vəzifədən azad edib.
Kristi Noem həyat yoldaşı Brayon Noemlə 1992-ci ildə ailə qurub. Onların 3 övladı var.
Banu