Kreml xüsusi elçinin bu təklifini cavabsız qoydu
Ağ Evin xüsusi elçisi Stiven Uitkoff Kremldə danışıqlar zamanı ABŞ, Ukrayna və Rusiya prezidentləri Donald Tramp, Vladimir Zelenski və Vladimir Putin arasında üçtərəfli görüş ideyasını gündəmə gətirib.
SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Moskva bu təklifi şərhsiz qoyub.
“Biz ilk növbədə diqqəti Trampla ikitərəfli görüşün hazırlanmasına diqqəti cəmləməyi təklif edirik. Hesab edirik ki, əsas bu görüşün uğurlu və məhsuldar keçməsidir”, - deyə Uşakov bildirib.
Xatirə SADİQ