Hakan Fidan amerikalı həmkarı ilə Suriyanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken telefön danışığında Suriyadakı vəziyyəti müzakirə ediblər.

Dec 2, 2024 - 14:08
Hakan Fidan amerikalı həmkarı ilə Suriyanı müzakirə etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilir.

Söhbət zamanı Suriyada vəziyyətin yeni gərginləşməsi, üsyançılarla Bəşər Əsəd qüvvələri arasında döyüşlərin yenidən başlanması məsələsi əhatə olunub. 

Fidan və Blinken istər Hələbdə, istərsə də başqa yerlərdə gərginliyin azaldılmasına, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyinə diqqəti cəlb ediblər. 

“Onlar həmçinin Qəzzada davam edən humanitar səyləri, müharibənin dayandırılması və bütün girovların azad edilməsi zərurətini müzakirə ediblər”, - bəyanatda qeyd edilib. 

“Reuters” xəbər verir ki, Suriya ordusu üsyançıların girdiyi Hələbin əsas bölgələrindən qoşunların təhlükəsiz şəkildə çıxarılması əmrini alıb. 

Bundan əvvəl ABŞ, Böyük Britaniya, Almaniya və Fransa hökumətləri Suriyada vəziyyətin pisləşməsi ilə əlaqədar birgə bəyanat yayaraq, gərginliyi azaltmağa çağırıblar. 

Xatirə SADİQ