Zurabişvili etiraz aksiyalarının dayanmayacağını bəyan etdi

Tiflisdə gecə baş verənləri president Salome Zurabişvili “Gürcüstan etiraz edir” kimi qiymətləndirib.

Dec 2, 2024 - 13:29
Zurabişvili etiraz aksiyalarının dayanmayacağını bəyan etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zurabişvili “X” platformasında yazıb.

“Öz Konstitusiyasının və Avropa seçiminin müdafiəsində əzmlə dayanan gürcülərin daha bir güclü gecəsi. Küçələrdəki əzmkarlıq heç kimin dayanmayacağına işarədir!”, - deyə prezident vurğulayıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, inzibati xətalar haqqında məcəlləyə əsasən, ümumiyyətlə, 224 nəfər saxlanılıb. 

Saxlanılanlar arasında “Dəyişikliklər uğrunda koalisiya”nın liderlərindən biri olan Zurab Caparidze də var. Məsləkdaşların onun harada olduğunu barədə məlumata malik deyillər. 

“Dəyişikliklər uğrunda koalisiya”nın lideri Niki Qvaramiya bildirib ki, bu həbs onları ruhdan salmır: “Biz bütün siyasətçilər bilirik ki, hansı mübarizədəyik, kimlərlə mübarizə aparırıq. Ona görə də həbsə və hər cür qanunsuzluğa hazırıq. Təbii ki, Zura da buna hazırdı. Biz əzmkarlığımızı saxlayırıq və həbsdə olan bütün vətənpərvərlərə kömək etməyə çalışırıq. Yəni belə hallarda Zura hərəkət etdiyi kimi hərəkət edirik. Hər şey yaxşı olacaq”.
 
Xatirə SADİQ