Zelenski danışıqlar masasında kimləri görmək istədiyini açıqladı

“NATO və Avropa İttifaqının (Aİ) nümayəndələri Rusiya ilə mümkün danışıqlarda iştirak etməlidir”.

Dec 2, 2024 - 13:19
Zelenski danışıqlar masasında kimləri görmək istədiyini açıqladı

SAVASHMEDİA.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə rəsmi səfər edən Avropa Şurasının prezidenti Antonio Kosta ilə birgə mətbuat konfransında deyib. 

“Danışıqlar masası arxasında kim olacaq? Rusiya, Ukrayna və dediyim kimi, Aİ və NATO. Çünki biz özümüzü bu birliklərdə təhlükəsizlik sisteminin bir parçası görürük. Bu formatda nə barədə razılaşa biləcəyimizi anlayıram”, - deyə Zelenski vurğulayıb. 

Bununla belə, Zelenski vurğulayıb ki, o, Ukrayna üçün güclü mövqe olmadan müharibənin dondurulmasının əleyhinədir. Onun fikrincə, əks halda Putin bir neçə ildən sonra yenidən qayıdacaq və Ukraynanı tamamilə məhv edəcək. 

“Güclü mövqe” dedikdə, Zelenski NATO və Avropa İttifaqından təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdə tutduğunu söyləyib.

Ukrayna prezidenti bir daha bəyan edib ki, Kiyev heç vaxt öz ərazilərinin Rusiya tərəfindən işğalını hüquqi cəhətdən tanımayacaq: “Bunlar bizim torpaqlarımızdır, Ukraynanın müvəqqəti işğal olunmuş hissələridir. Sözsüz ki, hamısı qayıdacaq. Mən çox istərdim ki, onların çoxu diplomatik yolla geri qayıtsın”.

Xatirə SADİQ