Antonio Quterreş BRİKS-ə ciddi hazırlaşır – Rusiya XİN
BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS-in sammitində iştirakını təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin RİA “Novosti” agentliyinə müsahibəəsində deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti Nyu-Yorkda olarkən, Quterreş xarici işlər naziri Sergey Lavrovla görüşüb. “O, Kazanda keçiriləcək bu forumda iştiraka çox ciddi hazırlaşdığını təsdiqlədi”, - deyə nazir müavini əlavə edib.
Xatirə SADİQ