Azərbaycanın təhvil verdiyi həmin erməni ÖLDÜ - SƏBƏB
Azərbaycan tərəfindən Ermənistana təhvil verilən erməni hərbçi Karlen Stepanyan vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu "The Armenian Report" nəşri məlumat yayıb.
Məlumata görə, 52 yaşlı Karlen Stepanyan xərçəng xəstəliyindən dünyasını dəyişib.
Nəşr yazır ki, o, son illərdə ciddi sağlamlıq problemləri ilə mübarizə aparıb. Xəbərdə həmçinin Stepanyanın əsirlikdən qayıtdıqdan sonra sosial və maddi çətinliklərlə üzləşdiyi iddia olunub.
Qeyd edək ki, Karlen Rubikoviç Stepanyan 2021-ci il noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində baş vermiş toqquşmalar zamanı saxlanılmışdı. O, həmin ilin dekabrında Azərbaycan tərəfindən humanitar jest çərçivəsində Ermənistana təhvil verilən 10 erməni hərbçisindən biri olub.
Ermənistanın rəsmi qurumları tərəfindən Karlen Stepanyanın ölümü ilə bağlı açıqlama verilməyib.
Oğuz