Keçi, yoxsa inək südü? – Körpəyə hansı verilə bilər?

Ana südü körpə üçün ən faydalı qidadır. Çünki ana südü vitaminlər, antitellər, qida maddələri, hormonlar, protein, yağ, karbohidrat və minerallarla zəngindir.

Jun 4, 2025 - 18:58
Keçi, yoxsa inək südü? – Körpəyə hansı verilə bilər?

Ancaq bəzən ana südü kifayət etmədikdə və ya verilməsi mümkün olmadıqda körpələrin qidalanması üçün alternativlər tapmaq lazım olur.

SAVASHMEDİA.az ana südünə alternativləri təqdim edir.

Süni süd (adaptasiya olunmuş süd formulaları)

Süni süd körpələrin ehtiyaclarına uyğun şəkildə hazırlanır. Ana südünə yaxın tərkibdə olur. 
Körpələrə 1 yaşına qədər yalnız adaptasiya olunmuş süni süd tövsiyə olunur. Bu südlər zülal, yağ, karbohidrat, vitamin və minerallar baxımından körpənin inkişafına uyğundur.

Keçi südü əsaslı formulalar

Bəzi hallarda keçi südü əsaslı uşaq formulaları da istifadə edilə bilər. Keçi südü, inək südünə nisbətən daha asan həzm olunur. Lakin xam (emal olunmamış) keçi südü 1 yaşdan kiçik uşaqlara məsləhət görülmür. Uşaq üçün xüsusi hazırlanmış keçi südü formulaları istifadə edilməlidir.

İnək südü əsaslı formulalar

Bir yaşdan kiçik uşaqlara adi inək südünün (qaynadılmış da olsa) verilməsi tövsiyə olunmur. Çünki adi inək südündə zülal tərkibi yüksəkdir və böyrəkləri yükləyə bilər. Bu südün tərkibində dəmir və digər vacib maddələr azdır. Bu da qan azlığı (anemiya) yarada bilər.Buna görə də körpələrə inək  südü əsaslı formulalar verilməsi məqsədəuyğundur.

Qeyd: Adaptasiya olunmuş süni süd formulaları həkimlə məsləhətləşərək seçilməlidir.

Banu