İngiltərənin baş məşqçisi məğlubiyyəti belə şərh etdi - "Peşman deyiləm"
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Dünya Çempionatının yarımfinalında Argentinaya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra nəticəni şərh edib.
SAVASHMEDIA.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının hesabda önə keçdikdən sonra oyunun gedişinə nəzarəti itirdiyini etiraf edib.
Tuxelin sözlərinə görə, İngiltərə ilk hissədə plan üzrə çıxış etsə də, üstünlüyü qorumaq cəhdi komandaya baha başa gəlib.
"Qol vurduqdan sonra həddindən artıq passiv oynadıq. Topa nəzarəti itirdik və əşəbbüsü rəqibə verdik. Müdafiəni gücləndirmək üçün etdiyim dəyişikliklər istədiyim nəticəni vermədi. Argentina risk etdi və bundan maksimum yararlandı", - o bildirib.
Baş məşqçi məğlubiyyətə görə məsuliyyəti üzərinə götürdüyünü vurğulasa da, oyun ərzində verdiyi qərarlara görə peşman olmadığını söyləyib.
Qeyd edək ki, İngiltərə qarşılaşmada hesabı açmasına baxmayaraq, Argentina ikinci hissədə vurduğu iki qolla geridönüş edərək 2:1 hesablı qələbə qazanıb və Dünya Çempionatının finalına yüksəlib.
Aytən